Bu gündən etibarən Türkiyədə məscidlər açılır

Bu gündən etibarən Türkiyədə məscidlər açılır

Türkiyədə tibbi maska taxmaq və sosial məsafəni gözləmək şərtilə bütün məscidlərdə camaat namazının qılınmasına başlanılıb.

Məscidlərin açılması barədə Türkiyə Cümhuriyyətinin Dini İşlər üzrə İdarəsinin sədri Əli Ərbaş dünən axşam sosial şəbəkə hesabında yazmışdı.

O, bu gündən etibarən məscidlərdə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanın aradan qaldırılacağını bildirmişdi.