Bu gün ümumi təhsil müəssisələrinin 98.4 faizində tədris ənənəvi üsul ilə təşkil edildi – Nazir

Bu gün ümumi təhsil müəssisələrinin 98.4 faizində tədris ənənəvi üsul ilə təşkil edildi.

Trend xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev özünün “Facebook” səhifəsində yazıb.


Nazir bildirib ki, məktəblərdə şagird davamiyyəti 80 faizə qədərdir: “Bu günədək yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətin 50 faizdən çoxu peyvənd olunub və proses davam edir. Təhsilin ənənəvi formada davamlılığını qorumağımız üçün şəxsi gigiyena qaydalarına riayət etməyimiz ən vacib amildir”.

Teqlər: