Bu gün Qarabağ komandası Çelsi ilə qarşılaşacaq

Bu gün Qarabağ komandası Çelsi ilə qarşılaşacaq

Bu gün (12 sentyabr) “Qarabağ” komandası Azərbaycan tarixində ilk dəfə futbol üzrə Çempionlar Liqasında 2017-2018 mövsümü üzrə qrup mərhələsində mübarizəyə başlayacaq. Klub İngiltərənin paytaxtı Londonda “Stemford Bric” stadionunda “Çelsi”nin qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

“Qarabağ” Çempionlar Liqasında mübarizəyə ardıcıl 4-cü mövsüm II təsnifat mərhələsindən başlayıb. Lakin əvvəlki 3 mövsümdən fərqli olaraq, Azərbaycan təmsilçisi bu dəfə Avropa Liqasının deyil, Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyi bacarıb.

Oyunun baş hakimi yunan Anastasios Sidiropulosdur.