Bu gün matəm günüdür – bu gün Aşuradır !

Bu gün matəm günüdür – bu gün Aşuradır !

Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir.

Bu ay İslam dinində döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura – Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) və əhli-beyt tərəfdarlarının Kərbəlada şəhadətə yetirildiyi ay kimi daxil olub. Bu, müsəlmanların tarixinə ən acı, eyni zamanda qürur bəxş edən bir hadisə kimi daxil olub.

Aşura günü Kərbəla şəhidlərinin xatirəsi Azərbaycanda da xüsusi mərasimlərlə yad edilir.

Məscidlərdə, ibadət ocaqlarında bu münasibətlə tədbirlər keçirilir.

Artıq İmam Hüseyn (ə) naminə tibbi ehtiyaclar üçün qan verilməsi aksiyaları təşkil edilir.