Bu gün F1 Azərbaycan Qran Prisinin qalibi müəyyən ediləcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyən ediləcək.

AzerTimes-ın məlumatına görə, yarışmanın 3-cü gününə FIA Formula 2 yarışı ilə başlanılacaq, ardınca isə F1 pilotlarının təqdimatı keçiriləcək.

Günün ikinci yarısı isə əsas F1 yarışına start veriləcək. Əsas yarışa start verilməzdən əvvəl Azərbaycan Dövlət Himni səsləndiriləcək. Ondan sonra, saat 16:00-18:00 ərzində Formula 1 Azərbaycan Qran Prisi 2021 baş tutacaq və qalib müəyyən ediləcək.


Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 4-6 iyun tarixlərində keçirilir.

Teqlər: