Bu gün bəzi qüvvələr cəmiyyətdə ƏƏSMN-ə qarşı fikir formalaşdırmağa çalışır – Anar Əliyev (VİDEO)

Xəbər - Çingiz Səfərli – AzerTimes:

Bu gün müxtəlif qüvvələr cəmiyyətdə belə bir fikir formalaşdırmağa çalışırlar ki, nazirlikdə guya əlilliyi olan şəxslərə qarşı kampaniya başlayıb və yaxud biz büdcə vəsaitlərinə hər hansısa bir formada qənaət etmək istəyirik.

Bunu AzerTimes-ə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. O bildirib ki, bu, əsla belə deyil. Bu gün əlilliyin müəyyən edilməsi nazirliyin tibbi-ekspert komissiyalarının səlahiyyətindədir və tələb tam şəffaf şəkildə əlilliyin qiymətləndirilməsi və təyinatının aparılmasıdır.

“Xüsusi olaraq qeyd edim ki, həm I, həm də II Qarabağ müharibəsi zamanı yaralanmış şəxslərin müayinəsini əyani şəkildə həyata keçiririk ki, burada səhvlərə yol verilməsin. Bütün şikayətlərə baxırıq, bir-bir araşdırırıq ki, əsaslandırılmış şəkildə qərar qəbul edək. Sözsüz ki, aparılan islahatlar sosial sistemin genişləndirilməsinə və daha çox insanı əhatə etməsinə yönəlib. Bütün hallarda qanunvericiliyi təkmilləşdirərkən beynəlxalq təcrübəni və milli maraqlarımızı nəzərə alırıq”.

Teqlər: