Bu günə qədər 300-dən artıq FHN əməkdaşı vaksinasiya olunub

Xəbər - Samir Əli – Trend:

Bu günə qədər 300-dən artıq FHN əməkdaşı vaksinasiya olunub.

AzerTimes-ın məlumatına görə, bunu FHN-nin Tibb Xidmətinin rəis müavini, tibb xidməti mayoru Vəfa Dadaşova deyib.

O bildirib ki, artıq bir neçə gündür FHN əməkdaşlarının vaksinasiya prosesinə başlanılıb:

“Bu günə qədər 300-dən artıq şəxsi heyət vaksinasiya prosesinə cəlb olunub. Vaksinasiya könüllülük prinsipi ilə həyata keçirilir. Vaksin vurulan əməkdaşlarda heç bir yan təsir müşahidə edilməyib”.

Teqlər: