Britaniyanın baş naziri koronavirusa qarşı peyvənd olundu

Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa qarşı peyvənd olunub.

AzerTimes-ın məlumatına görə, bu barədə B.Conson “Sky News” telekanalına açıqlamasında deyib.

Baş nazirə koronavirusa qarşı “AstraZeneca” şirkəti və Oksford Universiteti tərəfindən istehsal edilən peyvəndin ilk dozası vurulub.

B.Conson “AstraZeneca” peyvəndi ilə bağlı da açıqlama verib: “Alimləri dinləyin, Avropa Dərman Agentliyi və Böyük Britaniyanın Dərman və Tibb Məhsullarına Nəzarət üzrə Agentliyinin ötən gün dediklərini dinləyin. Əsl risk COVID-19-dur və indi peyvənd olunmaq çox yaxşı fikirdir”.