Britaniyada ötən sutka koronavirusa 27 mindən çox yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 27 989 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 4 828 463 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutkada koronavirusdan daha 22 nəfər, hazırkı dövrədək isə 128 162 nəfər vəfat edib.