Britaniyada ötən sutka koronavirusa 16 840 yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda 16 840 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3,85 milyon nəfəri ötüb.


Bildirilir ki, ötən sutka koronavirusdan daha 1 449 nəfər, hazırkı dövrədək isə 108 mindən artıq xəstə vəfat edib.