Britaniyada ötən sutka koronavirusa 13 013 yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda 13 013 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 985 161 nəfəri ötüb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 1 001 nəfər, hazırkı dövrədək isə 114 851 nəfər vəfat edib.