Britaniyada koronavirusdan ölənlərin sayı 120 min nəfərə çatır

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda 12 057 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 083 242 nəfəri ötüb.


Bildirilir ki, ötən sutka koronavirusdan daha 454 nəfər, hazırkı dövrədək isə 119 387 nəfər vəfat edib.