Britaniyada koronavirusdan daha 209 nəfər ölüb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 37 489 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 056 106 nəfərə çatıb.


Bildirilir ki, ötən sutkada koronavirusdan 209 nəfər, hazırkı dövrədək isə 133 489 nəfər vəfat edib.