Britaniyada koronavirusdan daha 158 nəfər ölüb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 26 911 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 339 009 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 158 nəfər, hazırkı dövrədək isə 134 805 nəfər vəfat edib.