Britaniyada koronavirusa yoluxanların sayı 5 milyonu ötdü

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 32 551 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 5 022 893 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan daha 35 nəfər, hazırkı dövrədək isə 128 336 nəfər vəfat edib.