Britaniyada koronavirusa yoluxanların sayı 4,4 milyonu ötüb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 061 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 403 170 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 32 nəfər, hazırkı dövrədək isə 127 417 nəfər vəfat edib.