Britaniyada koronavirusa yoluxanların sayı 4,4 milyona çatır

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 396 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 396 703 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 22nəfər, hazırkı dövrədək isə 127 327 nəfər vəfat edib.