Britaniyada koronavirusa yoluxanların sayı 4,38 milyon nəfəri ötüb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 882 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 387 820 nəfərə çatıb.


Bildirilir ki, ötən sutka koronavirusdan daha 10 nəfər, hazırkı dövrədək isə 127 270 nəfər vəfat edib.