Britaniyada koronavirusa yoluxanların sayı 4,37 milyon nəfəri ötüb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 3 030 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 370 321 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 53 nəfər, hazırkı dövrədək isə 126 890 nəfər vəfat edib.