Britaniyada koronavirusa yoluxanların sayı 4,35 milyon nəfəri ötüb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 3 423 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 357 091 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 10 nəfər, hazırkı dövrədək isə 126 826 nəfər vəfat edib.