Britaniyada koronavirusa yoluxanların sayı 4,33 milyon nəfəri ötüb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 3 862 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 333 042 nəfərə çatıb.


Bildirilir ki, ötən sutka koronavirusdan daha 19 nəfər, hazırkı dövrədək isə 126 592 nəfər vəfat edib.