Britaniyada koronavirusa yoluxanların sayı 4,21 milyon nəfəri ötüb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 6 040 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 213 343 nəfəri ötüb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 158 nəfər, hazırkı dövrədək isə 124 419 nəfər vəfat edib.