Britaniyada koronavirusa yoluxanların sayı 4,2 milyon nəfərə çatır

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 6 385 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 194 785 nəfəri ötüb.


Bildirilir ki, ötən sutka koronavirusdan daha 315 nəfər, hazırkı dövrədək isə 123 783 nəfər vəfat edib.