Britaniyada koronavirusa daha 2 445 nəfər yoluxub

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 445 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 414 242 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 22 nəfər, hazırkı dövrədək isə 127 502 nəfər vəfat edib.