Britaniyada koronavirusa 40 mindən çox yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 40 701 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 8 046 390 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 122 nəfər, hazırkı dövrədək isə 137 417 nəfər vəfat edib.