Britaniyada daha 8 523 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 8 523 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 163 085 nəfəri ötüb.


Bildirilir ki, ötən sutka koronavirusdan daha 345 nəfər, hazırkı dövrədək isə 122 415 nəfər vəfat edib.