Britaniyada daha 6 753 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 6 753 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 241 677 nəfəri ötüb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 181 nəfər, hazırkı dövrədək isə 125 168 nəfər vəfat edib.