Britaniyada daha 5 379 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 379 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 307 304 nəfəri ötüb.


Bildirilir ki, ötən sutka koronavirusdan daha 112 nəfər, hazırkı dövrədək isə 126 284 nəfər vəfat edib.