Britaniyada daha 5 379 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 52 nəfər ölüb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 379 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 353 668 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 52 nəfər, hazırkı dövrədək isə 126 816 nəfər vəfat edib. Qeyd edilir ki, 31.3 milyon sakin virusa qarşı aşılanmanın birinci peyvəndini alıb.

Teqlər: