Britaniyada daha 10 406 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 10 406 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 105 675 nəfəri ötüb.


Bildirilir ki, ötən sutka koronavirusdan daha 445 nəfər, hazırkı dövrədək isə 120 365 nəfər vəfat edib.

Teqlər: