Britaniyada 4 oktyabrdan bəri ilk dəfə 50-dən az insan koronavirusdan ölüb

Böyük Britaniyada koronavirusa yoluxan insanlar arasında son 24 saat ərzində qeydə alınan ölənlərin sayı 33 nəfər təşkil edib.

AzerTimes-ın məlumatına görə, bu barədə hökumət məlumatları saytında bildirilib.

Məlumata əsasən, bu, keçən il 4 oktyabrdan bəri ən aşağı göstəricidir.

Ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, ümumilikdə, Böyük Britaniyada 126 min insan koronavirusdan ölüb ki, bu da Avropada ən böyük göstərici sayılır.

Sutka ərzində ölkədə 5,3 min koronavirusa yoluxma faktı qeydə alınıb.