Britaniya ştammının uşaqlarda daha çox ölümə səbəb olması barədə məlumatlar dezinformasiyadır – İnfeksionist

Xəbər - İlhamə İsabalayeva-Trend:

COVİD-19 virusunun Britaniya ştammının daha ağır keçməsi və onun uşaqların ölümünə daha çox səbəb olması barədə yayılan məlumatlar dezinformasiyadır.

Bunu AzerTimes-a həkim-infeksionist Vüsalə Nursoy bildirib.

Onun sözlərinə görə, bu ştammın yoluxduruculuq qabiliyyəti bir qədər çoxdur:


“Yəni virus daha sürətlə yayılır. Amma xəstəliyin ağırlıq dərəcəsinin dəyişməsi müşahidə edilmir. Britaniya ştammı daha ağır gedişata, o cümlədən uşaqlarda xəstəliyin ağırlaşmasına və ölüm fazininin yüksəlməsinə səbəb olmur. Uşaqlarda yoluxma əvvəllər də olub, amma uşaqlar xəstəliyi yüngül keçirdikləri üçün bu, xüsusilə vurğulanmırdı. Biz uşaqlara hətta virus əleyhinə preparat da vermirik. Onlar virusa yoluxduqları zaman vitaminlər, bol maye, aktiv hərəkət məsləhət görülür”.

V.Nursoy qeyd edib ki, Britaniya ştammına yoluxma zamanı da bundan əvvəlki yoluxma zamanı tələb olunan qaydalara əməl edilməsi, eyni davranışın göstərilməsi tövsiyə edilir.

Teqlər: