Britaniya koronavirusla bağlı məhdudiyyətlərini ləğv edilməsini gecikdirə bilər

Böyük Britaniya hökuməti ölkədə koronavirus ilə bağlı məhdudiyyətlərinin çoxunun ləğv edilməsini iyunun 21-dən iyulun 19-na keçirəcək.

AzerTimes-ın məlumatına görə. bu barədə The Sun qəzeti Britaniya Nazilrə Kabinetindəki mənbələrə istinad edərək bildirib.


Məlumata əsasən, Baş nazir Boris Conson belə bir qərarı 14 iyun tarixində elan etmək üzrədir. Bu, bir həftə ərzində ölkədə koronavirusun Hindistan variantına (Ümumdünya Səhiyyə Təşkilatının yeni təsnifatına görə “Delta” ştammı) 30 minə yaxın yeni yoluxma hadisəsinin qeydə alınması ilə əlaqədardır.