Britaniya hökuməti avtomobildən imtina edən sürücülərə mükafat verəcək

Xəbər - Orxan Nəbiyev – Trend:

Böyük Britaniya hökuməti ətraf mühiti daha çox çirkləndirən avtomobil sahiblərinə ictimai nəqliyyat və ya velosipeddən istifadə edəcəyi təqdirdə 3 min funtadək (4,2 min dollar) ödəniş edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Böyük Britaniya mətbuatı yazır.

Pilot layihə bu ilin yazında İngiltərənin Koventri şəhərində başlayacaq. Ödənişlər 2016-cı ildə istehsalı dayanmış dizel mühərrikli və 2006-cı ildə istehsalı dayanmış benzin mühərrikli avtomobil sahibləri üçün nəzərdə tutulub.


Layihə ətraf mühitin çirklənməsinin və tıxacların qarşısını almaq məqsədi daşıyır.