“Brent” markalı neftin qiyməti 50-60 dollar diapazonuna düşə bilər – “Fitch”

“Brent” markalı neftin qiyməti 50-60 dollar diapazonuna düşə bilər, amma bu neft ixracatçıları üçün rahat dəhlizdir.

AzerTimes-ın məlumatına görə, bunu “TASS”a açıqlamasında “Ftich”in korporasiyalar şöbəsinin direktoru Dmitri Marinçenko deyib.

Onun sözlərinə görə, neftin qiymətinin kəskin düşməsini gözləmək lazım deyil, çünki neft bazarında hələ də qıtlıq mövcuddur:


“Brent”in korreksiya nəticəsində 50-60 dollar diapazonuna dönəcəyi istisna edilmir. Bu diapazon Rusiya da daxil olmaqla əksər neft istehsalçıları üçün rahat dəhliz sayılır”.

Teqlər: