Brent markalı neft ucuzlaşdı

Brent markalı neft ucuzlaşdı

OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərarı neftin ucuzlaşmasını sürətləndirib və “qara qızıl”ın qiyməti artıq 5 faizdən çox aşağı düşüb.

Saat 22:41-ə olan məlumata görə, Brent markalı neftin iyul füçerslərinin dəyəri 4,82 faiz aşağı düşərək 1 barelə görə 51,36 dollar olub.

WTI neftinin dəyəri isə 4,98% aşağı düşərək 1 barelə görə 48,80 dollar təşkil edib. Bundan əvvəl də neftin qiyməti 5 faizdən çox aşağı düşmüşdü.

Qeyd edək ki, ötən gün OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərar qəbul ediblər. Azərbaycan qərarı dəstəkləyib.