Braziliyada ötən sutka koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 90 570 nəfər yoluxub.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 11 871 390 nəfərə çatıb.

Bildirilir ki, son sutka ərzində koronavirusdan 2 815 nəfər ölüb, ölənlərin ümumi sayı 290 314 nəfər təşkil edir.