Braziliyada ötən sutka koronavirusa 66 mindən çox yoluxma qeydə alınıb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 66 017 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 16 907 425 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 689 nəfər ölüb, ölənlərin ümumi sayı 472 531 nəfər təşkil edir.