Braziliyada külli miqdarda kokain aşkar edilərək götürülüb

Braziliya federal polisi Rio-de-Janeyronun mərkəzi bölgəsindəki konteynerlərdə təxminən 5 ton kokain aşkar edərək götürüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Extra Globo portalı xəbər verib.


Məlumata əsasən, narkotik toz sabun qutularının içərisində gizlədilib. Qadağan olunmuş maddənin tapıldığı gəmi Mozambik üzərindən İspaniyaya gedirdi.