Braziliyada koronavirusdan rekord sayda ölüm halı qeydə alınıb

Braziliyada ötən sutka yeni növ koronavirusdan (COVİD-19) rekord sayda ölüm halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, son sutka koronavirusa 83 926 yoluxma halı qeydə alınıb, 2 841 nəfər isə koronavirusdan vəfat edib.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa 11 603 535 nəfər yoluxub, 282 127 nəfər isə ölüb.