Braziliyada koronavirusdan ölənlərin sayı 470 minə çatır

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 83 391 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 16 803 472 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 682 nəfər ölüb, ölənlərin ümumi sayı 469 388 nəfər təşkil edir.