Braziliyada futbol üzrə Amerika Kuboku turniri başlayır

Braziliyada qırx yeddinci Amerika Futbol Kuboku turnirinə start verilir.

Trend TASS-a istinadən xəbər verir ki, yarış Braziliya və Venesuela komandaları arasında keçiriləcək qarşılaşma ilə açılacaq.

Daha əvvəl turnirin Argentina və Kolumbiyada keçirilməsi planlaşdırılmışdır, lakin sonra yarışların Braziliyayada keçirilməsi barədə qərar verilib.

Turnir 13 iyun – 10 iyul tarixlərində baş tutacaq. Avropa Çempionatı kimi ötən il keçirilməli olan Amerika Kuboku koronavirus səbəbiylə təxirə salınmışdır.

.

Teqlər: