Braziliyada ağır yol qəzası baş verib, 21 nəfər ölüb

Braziliyanın Parana ştatında sərnişin avtobusu dərəyə aşıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, qəza zamanı avtobusda 59 nəfər olub. Qəza nəticəsində 21 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya çatdırılıb, onlardan 7-nin vəziyyəti ağırdır.


Hadisə ilə bağlı araşdırma aparılır.