Braziliyada 36 avtomobil toqquşdu – 2 ölü, 20 yaralı var

Braziliyada 36 avtomobil toqquşdu – 2 ölü, 20 yaralı var

Braziliyanın San-Paulu ştatında yol qəzası zamanı 36 avtomobil toqquşub.

Polis qəzanın Jakerei şəhəri yaxınlığında baş verdiyini bildirib. Qəzaya yanğınla əlaqədar yaranmış güclü tüstünün səbəb olduğu ehtimal olunur. Hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb. Daha iki nəfərin isə öldüyü qeyd edilib.

Hazırda hadisə yerində xilasedicilər işləyir.