Braziliya 138 milyon doza “Pfizer” və “Janssen” peyvəndlərinin alınmasına dair müqavilə imzalayıb

Braziliya hökuməti ABŞ-ın “Pfizer” və “Janssen” şirkətləri ilə 138 milyon doza koronavirus peyvəndi almaq üçün müqavilə imzalayıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin səhiyyə naziri bildirib.

“Pfizer” peyvəndinin ilk tədarükü (1 milyon doza) aprel ayında həyata keçirilməlidir, may ayında 2,5 milyon, iyun və iyul aylarında isə daha 10 milyon doza gözlənilir. Ümumilikdə, ilin sonuna qədər 100 milyon doza dərman alınacaq. “Janssen” peyvəndinin 38 milyon dozası isə ilin ikinci yarısında əldə ediləcək.