Böyük Britaniyada ölkə tarixinin ən böyük sikkəsi buraxılıb (FOTO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Böyük Britaniyanın Kral sikkəxanası ölkə tarixində ən böyük qızıl sikkə buraxıb.

AzerTimes-ın məlumatına görə, nominal dəyəri 10 min funt sterlinq olan sikkənin diametri 20 santimetr, çəkisi 10 kiloqram təşkil edir.

Qeyd olunur ki, həmin pulun hazırlanmasına 400 saat vaxt sərf olunub.

Sikkənin üzərində Böyük Britaniya kraliçası II Yelizaveta, 10 real və mifik heyvan əks olunub.

Qızıl sikkənin hərraca çıxarılması planlaşdırılır.