Böyük Britaniyada koronavirusa daha 6 048 nəfər yoluxub

Xəbər - Trend:

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 6 048 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümümi sayı 4 528 442 nəfərə çatıb.


Məlumata əsasən, ötən sutkada koronavirusdan daha 13 nəfər, hazırkı dövrədək isə 127 854 nəfər vəfat edib.