Botsvanada dünyada üçüncü ən böyük almaz tapılıb

Botsvanada ölçüsünə görə dünyada üçüncü ən böyük almaz tapılıb.

AzerTimes-ın məlumatına görə, mineralın çəkisi 1 174 karat təşkil edir.

Almaz yalnız iki daha əvvəl aşkar edilən qiymətli daşlardan kiçikdir: iyirminci əsrin əvvllərində tapılan “Kullinan”dan (3 106 karat), və 2019-cu ildə özü ilə eyni yataqdan tapılan. “Sevelo”dan (1 758 karat).

“Bu həm bizim, həm Botsvana üçün tarixi tapıntıdır”, – almazı aşkar edən Kanadanın “Lucara Diamond” şirkətinin direktoru Nasim Laxri deyib.

Xatırladaq ki, Botsvana Afrikada ən böyük almaz istehsalçısıdır və 2019-cu ildə bu sahədən ölkə 23,6 milyon karat istehsal edərək 3,43 milyard dollar əldə edib.