Bolqarıstanda elektromobil istehsalı üzrə zavod inşa olunacaq

Xəbər - Orxan Nəbiyev – Trend:

Bolqarıstanda elektrik avtomobillərinin istehsalı üzrə zavod inşa olunacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə Bolqarıstanın iqtisadiyyat naziri deyib.

Qeyd olunub ki, zavodun tikintisi ilə bağlı Almaniyanın “Next eGO” şirkəti ilə müqavilə imzalanıb.

Bolqarıstanda elektromobillərin istehsalının 2023-cü ildə başlaması planlaşdırılır. Zavod ildə 30 minədək avtomobil istehsal edəcək.

Avtomobillərin baza qiymətinin 20 min avro olacağı nəzərdə tutulur. Avtomobilin elektrik enerjisi ilə yürüş məsafəsi 200 kilometr təşkil edəcək.