Bolqarıstan qırıcısı Qara dənizə düşüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Bolqarıstan Hərbi Hava Qüvvələrinin qırıcısı Qara dəniz üzərində qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, MiQ-29 təyyarəsi təlim uçuşları həyata keçirən zaman radarlardan itib.

Hadisə yerində axtarış-xilasetmə işləri başlayıb. Təyyarə pilotunun taleyi naməlumdur.

Bolqarıstanın müdafiə naziri qəza yerinə yollanıb. Taktiki təlimlər dayandırılıb.